RƏQƏMSAL MARKETİNQ VƏ SÜNİ İNTELLEKT MÜTƏXƏSSİSİ
Vagif Ibrahimov: rəqəmsal marketinq mütəxəssisi və süni intellekt mütəxəssisi.
Rəqəmsal marketinq və süni intellekt həlləri: Meta, Google, TikTok və YouTube reklamları, texniki SEO, konversiya yönümlü veb saytlar, motion video və AI avtomatlaşdırma.

Xidmətlər
Rəqəmsal marketinq
Süni intellekt və veb
Görülən işlər.
Veb saytlar · 4 layihəHazırlanmış saytlarKataloq, platforma, landing page və rezervasiya saytları.
Motion və video · 5 videoMotion edit və reellərInstagram Reels, TikTok və YouTube Shorts üçün videolar.
Dizayn · 29 postSosial media postlarıMüştərilər üçün hazırlanmış Instagram postları.
Marketinq · Nəticələr və yanaşmaReklam, SEO və analitikaNəticəsi sənədləşdirilmiş layihələr, alətlər və iş prinsipləri.Daha çox iş yox.
Daha düzgün iş.
Diaqnoz və analitika
Reklam büdcəsini və ya kontenti böyütməzdən əvvəl mövcud reklam hesablarını, GA4 və GTM ölçmə sistemini, saytın texniki SEO vəziyyətini və konversiya itkilərini dəqiqləşdiririk.
Sistem və arxitektura
Meta, Google, TikTok və YouTube kampaniyalarını, landing page strukturunu, Pixels/Conversions API bağlantısını və süni intellekt avtomatlaşdırmasını vahid biznes hədəfinə bağlayırıq.
İcra və optimizasiya
Kreativ hipotezləri, axtarış sorğularını və AI iş axınlarını real müraciət, satış və ROAS məlumatları əsasında test edir, işləyən kanalı miqyaslandırırıq.
Rəqəmsal marketinq mütəxəssisi kimi hansı işləri icra edirsiniz?
Performans reklamlarının (Meta Ads, Google Search və Performance Max, TikTok Ads, YouTube Ads) qurulması və idarə edilməsi, GA4, Google Tag Manager və Conversions API ilə tam konversiya izləməsi, texniki və məzmun əsaslı SEO/GEO optimizasiyası, həmçinin sürətli və konversiya yönümlü veb sayt və landing page hazırlanmasını icra edirəm.
Süni intellekt mütəxəssisi olaraq bizneslərə hansı həlləri qurursunuz?
CRM, lead emalı, hesabatlama və daxili əməliyyatlar üçün insan nəzarətli AI avtomatlaşdırma sistemləri qururam. Bundan əlavə, brend kimliyinə uyğun AI məhsul vizualları, sosial media və reklam üçün AI video və motion reel istehsalını həyata keçirirəm.
Xidmətlər tək-tək, yoxsa kompleks sistem kimi sifariş edilə bilər?
Hər iki format mümkündür. Ehtiyac yalnız Google reklamları, SEO auditi, xəritəyə məkan əlavə edilməsi və ya landing page hazırlanmasıdırsa ayrıca icra olunur. Davamlı böyümə istəyən bizneslər üçün isə reklam, sayt, analitika və AI avtomatlaşdırma birlikdə qurulur.
Əməkdaşlığa başlamaq üçün ilk addım nədir?
Əlaqə səhifəsindən və ya WhatsApp vasitəsilə biznesinizin məqsədini və mövcud vəziyyətini yazırsınız. Qısa ilkin diaqnostikadan sonra hansı kanalın və iş həcminin həqiqətən lazım olduğunu, müddəti və büdcə çərçivəsini şəffaf şəkildə müəyyənləşdiririk.