Əvvəl diaqnostika
Reklam hesabı açmaq və ya dizayna başlamaq asandır. Əvvəl problemin harada olduğunu müəyyən edirik.
Vagif Ibrahimov ilə işləmək
Reklam, AI, kontent və veb işi ayrı düymələr kimi deyil, eyni biznes məqsədinə xidmət edən sistem kimi planlanır.
Ehtiyacı müzakirə edəkReklam hesabı açmaq və ya dizayna başlamaq asandır. Əvvəl problemin harada olduğunu müəyyən edirik.
Göstərim və bəyənmə görünür, amma qərar üçün lead, satış, gəlir və keyfiyyət kimi metriklər lazımdır.
Viral nəticə, birinci yer və sonsuz satış zəmanəti yoxdur. Düzgün proses, şəffaf data və davamlı optimizasiya var.
Reklam, axtarış və kontent işini kliklə yox, biznes nəticəsi ilə əlaqələndirən xidmətlər.
Facebook və Instagram-da real biznes məqsədinə uyğun kampaniya, düzgün ölçmə və davamlı optimizasiya.
Müştəri axtarış edəndə görünən Search kampaniyaları və ölçülə bilən Google Ads sistemi.
Platformaya uyğun kreativ, Pixel və Events API ölçməsi ilə TikTok Ads kampaniyalarının idarəsi.
Reach, video baxışı və conversion məqsədinə uyğun YouTube kampaniyaları və video media-planı.
Texniki sağlamlıq, axtarış niyyəti və faydalı məzmun üzərində qurulan uzunmüddətli SEO işi.
Sadəcə post paylaşmaq yox: məqsədli kontent sistemi, istehsal koordinasiyası və aylıq analiz.
AI-ni təqdimatda bəzək kimi yox, uyğun işdə istehsal və proses üstünlüyü kimi istifadə edən həllər.
Məhsul, kampaniya və konsept üçün brendə uyğun AI vizualları — promptdan final fayla qədər.
Reklam, sosial media və konsept üçün AI video: ssenari, kadr planı, generasiya və montaj.
Təkrarlanan işləri xəritələyən, mövcud sistemlərə qoşulan və insan nəzarətini saxlayan avtomatlaşdırma.
Brendin necə göründüyünü, nə dediyini və istifadəçini hansı hərəkətə apardığını birlikdə işləyən sistemlər.
Sürətli, mobil uyğun və ölçülə bilən landing page, korporativ sayt və veb həllər.
Strategiyadan başlayan, müxtəlif ölçü və kanallarda işləyən loqo və əsas vizual kimlik sistemi.
Haradan başlayaq?
Qısa danışıqda məqsədi, mövcud vəziyyəti və əsas maneəni müəyyən edək. Bəzən cavab reklamdır, bəzən landing page, bəzən isə hələ reklam verməməkdir.