Gözlənilən nəticə
Klik toplamaq yox, ölçülə bilən müraciət, satış və ya digər biznes nəticəsi üçün idarə olunan reklam sistemi.
Meta Ads sehrli satış düyməsi deyil. Güclü təklif, doğru ölçmə, uyğun kreativ və davamlı test birlikdə işləyəndə nəticə verir. Xidmət də məhz bu sistemi qurur.
Bu xidməti müzakirə etGözlənilən nəticə
Klik toplamaq yox, ölçülə bilən müraciət, satış və ya digər biznes nəticəsi üçün idarə olunan reklam sistemi.
Kimə uyğundur?
Xidmətə daxildir
Həcm biznesin vəziyyətinə görə dəqiqləşir, amma əsas iş sahələri əvvəlcədən aydın olur.
Reklam hesabı, bazar və rəqib auditı
Məqsəd, auditoriya və büdcə üzrə media-plan
Pixel, Conversions API və əsas event-lərin yoxlanması
Kampaniya strukturu, kreativ briflər və reklam mətnləri
Həftəlik optimizasiya və biznes nəticəli aylıq hesabat
İş prosesi
Məhsul, marja, satış prosesi, əvvəlki reklamlar və ölçmə boşluqları analiz edilir.
Məqsədə uyğun Sales, Leads, Engagement və ya Traffic strukturu, auditoriyalar və event-lər hazırlanır.
Bir fikri on reklamla gizlətmək əvəzinə, fərqli mesaj və kreativ hipotezləri nəzarətli şəkildə test edirik.
Büdcə ucuz klikə yox, keyfiyyətli nəticə verən kampaniya və kreativlərə yönəldilir.
Hər reklam Traffic olmamalıdır. Satış istəyən kampaniya purchase-a, müraciət istəyən kampaniya keyfiyyətli lead və ya mesaja optimizasiya edilməlidir. Məqsəd seçimi satış prosesinə və ölçülə bilən son hərəkətə əsaslanır.
Kataloq, dinamik məhsul reklamları, remarketing, yeni müştəri və gəlir/ROAS ölçməsi.
Instant Form, website formu, WhatsApp/Messenger/Instagram mesajları və CRM-də lead keyfiyyəti.
Reach, frequency, video baxışları və engagement nəticələri satış kampaniyasından ayrı qiymətləndirilir.
Coğrafiya, iş saatı, zəng və istiqamət kimi lokal hərəkətlərə uyğun qurulum.
Meta Pixel browser hadisələrini, Conversions API isə server və CRM məlumatlarını daha etibarlı ötürməyə kömək edir. Mümkün olduqda hər ikisi deduplikasiya ilə qurulur; lead-in sadəcə gəlib-gəlmədiyi yox, satışa çevrilib-çevrilmədiyi də izlənir.
ViewContent, Lead, AddToCart, Purchase və biznesə xas əsas hadisələr prioritetləşdirilir.
Hook, təklif, format və vizual ayrıca hipotez kimi test edilir; yalnız rəngi dəyişib buna A/B test demirik.
Broad, remarketing və first-party data auditoriyaları məqsədə və mövcud data həcminə görə seçilir.
CPM və CTR göstərilir, amma qərar CPL, satış, gəlir, ROAS və lead keyfiyyəti ilə verilir.
Xeyr. Reklam satış imkanını artırır, amma qiymət, təklif, sayt, məhsul və satış komandası da nəticəyə təsir edir. Zəmanət əvəzinə ölçülə bilən test və şəffaf optimizasiya prosesi təqdim olunur.
Xeyr. Reklam büdcəsi birbaşa Meta-ya ödənilir və idarəetmə xidmətindən ayrıdır.
Mövcud materiallar audit edilir, kreativ istiqamət və brif verilir. Tam dizayn/video istehsalı ehtiyaca görə ayrıca xidmət kimi planlaşdırılır.
Platformaya uyğun kreativ, Pixel və Events API ölçməsi ilə TikTok Ads kampaniyalarının idarəsi.
Ətraflı baxMüştəri axtarış edəndə görünən Search kampaniyaları və ölçülə bilən Google Ads sistemi.
Ətraflı baxSadəcə post paylaşmaq yox: məqsədli kontent sistemi, istehsal koordinasiyası və aylıq analiz.
Ətraflı baxNövbəti addım
Qısa məlumat göndərin. Mövcud vəziyyətə baxıb bu xidmətin uyğun olub-olmadığını və haradan başlamağın daha məntiqli olduğunu deyim.
Müzakirəyə başla